Bəşar Əl-Cəfəri: Suriya və Ukraynadakı müharibəni idarə edənlər birdir

QafqazTimes xəbər verir ki, Suriya xarici işlər nazirinin müavini Bəşar Əl-Cəfəri bazar ertəsi axşam ABŞ və Qərb ölkələrini Ukrayna-Rusiya böhranına reaksiyalarına görə tənqid edərək deyib ki, Qərb Suriya böhranı zamanı da Moskvaya zərbə vurmağa çalışıb.

Suriya xarici işlər nazirinin müavini Sputnik-ə deyib: “Suriyaya qarşı müharibənin səbəblərindən biri Qətər qaz kəmərinin Türkiyə üzərindən Avropaya gedən marşrutuna qarşı çıxması idi. Bunun məqsədi Rusiyanın boru kəmərinə zərbə vurmaq idi.”

O, Qərbin son bir neçə ildə birtərəfli qaydada tətbiq etdiyi sanksiyaların və bu gün Rusiyaya qarşı BMT Nizamnaməsinə uyğun olaraq tətbiq etdiyi sanksiyaların qanunsuz olduğunu vurğulayıb. Suriya rəsmisi həmçinin bildirib ki, Qərbin sanksiyaları altında olan ölkələr arasında qarşılıqlı fəaliyyət üçün yeni mexanizm yaradılmalıdır.

Əl-Cəfəri həmçinin vurğulayıb: “Suriyadakı terrorçularla Ukraynadakı neonasistləri idarə edənlər eynidirlər…”

Suriyalı diplomat sonda belə vurğulayıb: Rusiyanın beynəlxalq arenadakı rolunu gözardı etmək olmaz. Rusiya prezidenti Vladimir Putin Ukraynaya daxil olmaq qərarına gələn zaman o, həqiqətdə hücum deyil, müdafiə mövqeyində idi. Ukraynada Qərbin qara yaxma və yalanlarının həcmi çox böyükdür.”

Related posts

ABŞ-ın əsil siması

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

İsraillə dostluq baha başa gəlir