İran: Təcavüzkarı cavablandırmaq məqsədimiz var

İran XİN başçısı almaniyalı əməkdaşı ilə telefan söhbətində deyib: İsrail rejimi beynəlxalq qanunları tapdalayaraq Vyana konvensiyasına zidd rəftar edərək diplomatik məkanlara hücumu özünə rəva görürsə, tənbih məqsədi ilə bu təcavüzə cavab vermək hüquqazidd deyil.

İRNA-nın məlumatına əsasən, Hüseyn Əmir Abdullahian bu gün (11 aprel) Annalina Berbukla telefon söhbətində regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

İran XİN başçısı 7 nəfərin şəhid olması ilə nəticələnən sionist rejimin İranın Dəməşq konsulluğuna təcavüzkarcasına aviazərbə barədə deyib: İran İslam Respublikasının siyasəti gərginliklərdən uzaq olmaqdır.

H.Ə.Abdullahian həmçinin vurğulayıb: İsrail rejimi beynəlxalq qanunları tapdalayaraq Vyana konvensiyasına zidd rəftar edərək diplomatik məkanlara hücumu özünə rəva görürsə, tənbih məqsədi ilə bu təcavüzə cavab vermək hüquqazidd deyil və İran bu hüququndan istifadə etmək barədə tədbirlər görür.

Related posts

Xalqa xidmət yolunda şəhadət

İran Prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb

ABŞ-ın əsil siması