İran sionistlərin Azərbaycandakı fitnələri barədə xəbərdarlıq edib

QafqazTimes xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün (cümə) İsrailin xarici işlər naziri Eli Kohenin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə “İrana qarşı vahid cəbhənin yaradılması” ilə bağlı bəyanatını sionist rejimin Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikasının milli təhlükəsizliyinə təhdid halına gətirmək kimi mənfur niyyətlərinin növbəti sənədi kimi qiymətləndirərək, onu şiddətlə qınayıb.

İran KİV-lərinin məlumatına görə, İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycan Respublikasının xarici işlər naziri ilə birgə mətbuat konfransında İran İslam Respublikasına qarşı mövqe nümayiş etdirib.

Kənani sionist rejimin xarici işlər nazirinin vahid anti-İran cəbhəsinin yaradılması ilə bağlı bəyanatlarını, eləcə də Azərbaycan Respublikasının xarici işlər naziri Bayramovun Azərbaycan Respublikası ilə sionist rejim arasında danışıqların məzmununu və “strateji yeni mərhələ” ilə bağlı bəyanatlarını onların əməkdaşlığının anti-İran yönümlülüyünü üstüörtülü şəkildə təsdiqləmək kimi qiymətləndirib və Azərbaycan hakimiyyətindən bununla bağlı izahat tələb edib.

Xarici İşlər Nazirliyinin sözçüsü İran və Azərbaycan Respublikası xalqları arasında qırılmaz tarixi və dini bağların olduğunu vurğulayaraq əlavə edib: “İran İslam Respublikası hər zaman bədxahların iki qonşu ölkə arasında məsafə yaratmaq cəhdlərinin qarşısını almağa çalışıb və Azərbaycan hökumətindən də iki ölkənin düşmənlərinin yaratdığı tələdən uzaq durması gözlənilir.”

O, həmçinin bəyan edib: İran İslam Respublikası sionist rejimin Azərbaycan Respublikası ərazisindən ona qarşı planlarına biganə qala bilməz.

KİV-lərin məlumatına görə, Eli Kohen bu mətbuat konfransında deyib: “Azərbaycan və İsrail İranın təhlükəsi barədə eyni fikirdədirlər. İran terrorçuluğu dəstəkləmək və maliyyələşdirməklə regionumuzu təhdid edir və Yaxın Şərqdə qeyri-sabitlik yaradır. İrana qarşı birlikdə addım atmalıyıq. Biz İranın nüvə potensialını genişləndirməsinə imkan verməməliyik.”

Related posts

ABŞ-ın əsil siması

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

İsraillə dostluq baha başa gəlir