İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: Sionistlərin müdaxiləsinə reaksiya verəcəyik

QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sionist rejimini müdaxilələrin və regionda qeyri-sabitliyə zəmin yaradılmasının əsas səbəbkarı elan edərək deyib: “Bu rejim planlarını həyata keçirməklə region ölkələri ilə əlaqələr qurmaq və müdaxiləçi məqsədlərə nail olmaq istəyir.”

O, sionist rejimin Centcom-a üzv olması və texnika yerləşdirilməsi və təlimlərdə iştirakını regiona təhdid kimi qiymətləndirərək əlavə edib: “Biz bu təhdidlərə səbr etməyəcək və onlara mütləq reaksiya verəcəyik.”

Silahlı Qüvvələrin Baş Qərargah rəisi ABŞ və sionistlərin bölgəyə müdaxiləsi ilə bağlı deyib: “Bölgədə, xüsusilə də Suriya və İraqda terrorçu və təkfirçi qrupların formalaşması ABŞ və sionist rejimin həyata keçirdiyi digər planlardan biridir. Onlar bu planı genişləndirmək və öz işğalçılıq siyasətləri ilə bu iki ölkənin süqutuna səbəb oldular.”

O, Yəməndəki hadisələrə toxunaraq deyib: “Regionumuzdakı başqa bir məsələ də uzun müddətdir davam edən Yəmən faciəsidir və bu proses dərhal sona yeməlidir.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır