İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: Düşmənlər təcavüz fikrinə belə düşməyəcəklər

QafqazTimes xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının komandirləri və rəsmilərinin iclasında çıxış edən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General-mayor Məhəmməd Baqiri deyib: “Biz yayındırıcılıq zirvəsinə çatmağı qarşımıza məqsəd qoymuşuq ki, bəzi nadan düşmənlərin zehnindən zərrə qədər belə ölkəmizə təcavüz etmək niyyəti keçməsin.”

General Baqiri həm orduda, həm də İnqilab Keşikçiləri Korpusunda olan quru qüvvələrini İran silahlı qüvvələrinin dayağı kimi xarakterizə edərək deyib: “Döyüşlərin taleyi əsasən quruda müəyyən edilir. Təcavüzkar strategiyası olmayan, öz torpağının təhlükəsizliyini qorumaq istəyən və digər ölkəni işğal etmək niyyətində olmayan hər bir ölkə üçün quru qoşunları ən mühüm təyinedici qüvvədir. Təbii ki, təcavüz niyyətində olan ölkə üçün də belədir, yenə də son vəzifəni müəyyən edən quru qoşunlarıdır.”

O, həmçinin qeyd edib: “Quru qoşunlarımız düşmənin davamlı yayındırılması, sərhədlərdə və sərhədyanı ərazilərdə davamlı təhlükəsizliyin inkişafı və möhkəmləndirilməsində, müqavimət xəttinin dəstəklənməsində və düşmənin strategiyalarını puça çıxarmaqda və qarşısını almaqda əsas rol oynayır.”

General-mayor Baqiri quru qoşunlarını istənilən hücum əməliyyatında düşmənin yolunda əsas maneələrdən biri hesab edərək, quru qoşunlarının komandirləri və döyüşçülərinə xitabən deyib: “Sizin əsas məsuliyyətiniz qeyri-bərabər düşmənlə qeyri-bərabər döyüşə və xarici düşmənlə müntəzəm müharibəyə hazır olmaqdır. Terrorçu və antiinqilabçı qruplarla mübarizə də sizin işinizin bir hissəsidir.”

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO