İran, Rusiya, Türkiyə və Suriya arasında dördtərəfli görüş keçiriləcək

QafqazTimes xəbər verir ki, bir rusiyalı diplomat Moskvada İran, Rusiya, Türkiyə və Suriya rəsmiləri arasında dördtərəfli görüşün keçirilməsinin mümkünlüyünü açıqlayıb.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Buqdanov bu gün (bazar ertəsi) deyib: İran İslam Respublikası, Rusiya, Türkiyə və Suriya xarici işlər nazirlərinin müavinləri, yəqin ki, aprelin əvvəlində Moskvada məsləhətləşmələr keçirəcəklər.

Boqdanov bundan əvvəl demişdi: “Hələ heç nə ilə bağlı razılığa gəlməmişik, ona görə də təxirə salınacaq heç nə yoxdur. Nə qədər tez bir o qədər yaxşı prinsipinə əsaslanaraq davam edirik. Amma bizim həmkarlarımızın; suriyalıların, türklərin və iranlıların öz iş planları və cədvəlləri var. Konkret tarix olmasa da, koordinasiya etməyə davam edirik.”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Türkiyə, Rusiya, İran və Suriyanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində Suriya üzrə dördtərəfli danışıqların yaxın günlərdə keçirilə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, martın 15-i və 16-da keçirilməsi nəzərdə tutulan bu görüşün vaxtı dəyişdirilib və yaxın günlərdə keçirilməsi ehtimalı vardır.

Bu görüş Moskvada xarici işlər nazirləri səviyyəsində növbəti görüşə zəmin yaratmaq məqsədilə keçiriləcək.

Qeyd edək ki, Dəməşq və Ankaranın müdafiə rəsmiləri 2011-ci ildən bəri əlaqələri kəsdikdən sonra ilk dəfə ötən ilin sonlarında görüşüblər. Dekabrın 28-də Moskvada keçirilən görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Türkiyənin müdafiə naziri Halusi Akar və Suriyanın müdafiə naziri Əli Mahmud Abbas iştirak ediblər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya