İran rəsmisinin Bayden və Bennett tərəfindən səsləndirilən təhdidlərə reaksiyası

Qafqaztimes xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani, şənbə günü Co Bayden və Naftali Bennettin İrana qarşı təhdid dolu ifadələrinə cavab olaraq öz tvitter hesabında belə yazıb: “Bennet və Bayden arasında ilk görüşdə İrana qarşı “digər variantlardan” istifadə olunmasının vurğulanması bir ölkəyə qarşı qanunsuz təhdid hesab olunmaqla yanaşı, İran İslam Respublikasının “mövcud variantlara” qarşılıqlı cavab vermək hüququnu bir daha təsdiqləyir.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden sionist rejimin Baş naziri ilə görüşdə deyib ki, ilk olaraq İranla bağlı diplomatiya nəzərdə tutulacaq və diplomatiyanın uğursuz olması halında başqa variantlar nəzərdən keçiriləcəkdir.

Related posts

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!

Franklin: Yəhudilər…

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır