İran Ordu Baş Qərərgah rəisi başsağlığı verdi

QafqazTimes.com Donya-e-eqtesad.com-a istinadən xəbər verir: İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərərgah rəisi general Məhəmmədhüseyn Baqiri Azərbaycan Respublikası müdafiə naziri və baş qərərgah rəisinə müraciət ünvanlayıb. Bu müraciətdə Sərhəd Qoşunlarına məxsus helikopterin qəzaya uğraması nəticəsində həyatını itrirənlərdən dolayı başsağlığı verilir.  General Baqiri müdafiə naziri Zakir Həsənov və baş qərərgah rəisi Kərim Vəliyevə ünvanladığı müraciətdə 14 hərbçinin həyatını itirməsi ilə bağlı təəssüfünü bildirir, həlak olanlara   Allahdan rəhmət,  yaralananlara Allahdan şəfa diləyir.

Dövlət Sərhəd Xidmətinin rəis Elçin quliyev bilidirib ki, 30 noyabrda Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO