İran Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycanda səfərdə olub

QafqazTimes xəbər verir ki, Azərbaycana bir günlük rəsmi səfərə gələn İran İslam Respublikasının Ali Rəhbərinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüşüb.

Şəmxani iki ölkə və iki xalqın ortaq sivilizasiya, tarixi, dini və mədəni köklərinə toxunaraq, Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsini İran İslam Respublikasının xarici siyasətinin mühüm tərkib hissəsi adlandırıb.
O əlavə edib: “Biz keçmişdə bir millət idik, lakin müxtəlif səbəblərdən ayrıldıq, amma ortaq köklər hələ də qalmaqdadır.”

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi qeyd edib: İki xalqın bədxahlarının bu iki ölkənin qardaşlıq münasibətlərinə xələl gətirməsinə imkan verilməməlidir.

Şəmxani işğalçı Qüds rejiminin bölgənin təhlükəsizlik mexanizmlərinə nüfuz etmək məqsədi daşıyan mənfur planlarının davam etməsinə toxunaraq, deyib: “Regionun əsas şər və fitnə mərkəzi olan sionist rejimi hazırda siyasi böhranlar və daxili iqtisadi və sosial çətinliklərlə üz-üzədir. Ona görə də daxili böhranlarını regiona köçürməklə daxili təzyiqləri azaltmağa çalışır.”

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi regionda sülh və sabitliyə davamlı dəstəyi İran İslam Respublikasının əsas strategiyalarından biri kimi sadalayaraq deyib: “Sülh və sabitliyin yaradılmasının əsas komponentlərindən biri suverenliyə və region ölkələrinin ərazi bütövlüyünə ehtiram qoymaqdır.”

O, əlavə edib: “Biz regionun geopolitik dəyişikliyinə səbəb olan istənilən hərəkətin əleyhinəyik və bununla mübarizə aparacağıq.”

Şəmxani həmçinin qeyd edib: Bu gün bütün region ölkələri belə bir qənaətə gəliblər ki, kənardan idxal olunan təhlükəsizlik onların uzunmüddətli maraqlarını təmin edə bilməz və sabitlik və davamlı təhlükəsizliyə nail olmağın yeganə yolu region ölkələri arasında məsuliyyətli əməkdaşlıqdır.”

Bu görüşdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik katibi Ramil Usubov da iki ölkənin dini, mədəni və sivilizasiya cəhətdən ortaq nöqtələri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün müstəsna fürsət kimi göstərərək deyib: “Regionda Təhlükəsizlik və sabitlik məsələsi İran və Azərbaycanın mühüm prioritetlərindən biridir.”

Azərbaycan Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: “Ümid edirəm ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə dönüş nöqtəsinə çevriləcək və iki ölkə arasında münasibətlərdə bəzi süni maneələri aradan qaldıracaq.”

O, həmçinin deyib: “Bu gün Azərbaycan Respublikasının sülhü qorumaq üçün region ölkələri ilə əməkdaşlıq etmək iradəsi açıq aşkar ortaya qoyulub.”

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq