İran Kəşfiyyat Nazirliyinin Mossada zərbəsinin yeni təfərrüatları

Qafqaztimes xəbər verir ki, İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin əks -kəşfiyyat idarəsinin baş direktorunun açıqlamasına görə İmam Zamanın (ə.f) anonim əsgərlərinin sərhədlər xaricindəki kəşfiyyatı və geniş əməliyyat kəşfiyyat tədbirləri nəticəsində, Sionist rejimin casus təşkilatının (Mossad) agentlərindən ibarət mütəşəkkil dəstə, ölkənin qərb sərhəd məntəqələrinə daxil olduqdan sonra ağır silah və sursat ilə birlikdə həbs olunub.

O, Mossad əməliyyatçılarının iğtişaşlar və sui-qəsdlər zamanı bu silah sursatdan istifadə etmək istədiklərini söyləyərək belə əlavə edib: “Seçkilər zamanı sionist rejimi bir neçə dəfə ölkənin müxtəlif bölgələrində təxribat törətmək niyyətində olmuşdur. Lakin İmam Zamanın (ə) -ın anonim əsgərlərinin vaxtında gördüyü tədbirlər bu terror təxribatlarının qarşısını almış və bölgədə Mossad terror şəbəkəsinə ciddi zərbə endirmişdir.”

İran Kəşfiyyat Nazirliyinin əks-kəşfiyyat idarəsinin rəisi, silahların içərisində tapançalar, qumbaraatanlar, vinçesterlər, avtomatlar və döyüş sursatlarının olduğunu və bunların bəzilərinin (vinçester və qumbaralar kimi) dinc etirazları iğtişaşlara çevirmək üçün istifadə edildiyini söyləyib.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!