İran: İsrail Vyana danışıqlarına maneə yaradır

Qafqaztimes xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə çərşənbə günü axşam tvitter hesabında sionist rejimin Vyana danışıqlarının atmosferini zəhərləmək üçün davamlı yalanlar yaymasına reaksiya verib.

Xətibzadə Twitter-də yazıb: “Həyatı gərginlikdən asılı olan İsrail rejimi yenidən fəaliyyətə başlayıb və Vyana danışıqlarını zəhərləmək üçün yalan kompaniyasına başlayıb”.

O, belə davam edib: “Hazırda danışıqlar masasındakı bütün tərəflər uydurulmuş saxta xəbərlərə məhəl qoymayaraq, öz missiyalarını yerinə yetirmək üçün müstəqillik və siyasi iradə sınağı ilə üz-üzədirlər.”

Related posts

Sionist rəsmi: İsrail 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı

ABŞ-ın əsil siması