İran: Eynəl Hilvə hadisəsi insanlıq baxımından cinayətdir

İran XİN sözçüsü Livanın cənubunda yerləşən Əynəl Hilvə fələstinli düşərgəsində onlarla fələstinlinin didərgin düşməsi, yaralanması və ölümü ilə nəticələnən silahlı toqquşmalardan nigarançılığını bildirib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani deyib: Livanın cənubu Sayda sahil şəhərində yerləşən Əynəl Hilvə düşərgəsi, ən böyük fələstinli didərgin düşərgəsindəki silahlı hücumlar insanlıq baxımından böyük bir cinayətdir.

Qeyd edək ki, Livanın cənubu Sayda sahil şəhərində yerləşən Əynəl Hilvə düşərgəsində toqquşmalar dünən axşam (2 avqust) Fəth hərəkatının üzvləri ilə bir qrup islamçı arasında baş verib.

Kənani həmçinin Fələstinin bütün tarixi ərazisində Qüd paytaxt olmaqla müstəqil və vahid Fələstin hökumətinin yaradılması, fələstinli didərginlərin öz vətənlərinə geri dönmələri və işğalçılığın tam şəkildə məhvinə zəminin yaradılmasını zəruri adlandırıb.

FƏTH – “Fələstin milli azadlıq hərəkatı”, 1956-cı  ildə təsis edilib. Onun tarixi liderləri – Yasir Ərəfat (Abu Ammar), Salah Xələf (Abu Əyyad), Xəlil əl-Vəzir (Əbu Cihad), Fərrux Kəddumi (Əbu Lütf) və Mhmud Abbasdır (Əbu Mazen).

1987-ci ildə təşkil edilmiş HƏMAS hərəkatının siyasəti Fəth partiyasının siyasətində İsraiilə danışıqlara müxtəlif baxışlarla fərqlənib. Həmas liderləri İsraillə danışıqların kəsilməsini bəyan edir və işğal edilmiş bütün fələstin torpaqlarının qaytarılması uğrunda mübarizə aparırdılar. Müqavimət siyasəti və İsraildə bir sıra terror aktlarının təşkil edilməsinə görə, hərəkat Avropanın əksər ölkələrində və ABŞ-da terrorçu təşkilat kimi tanınıb.

Related posts

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi

İraq İslami Müqaviməti sionist rejim limanına hücum etdi