İran XİN sözçüsü Azərbaycan Respublikasının Tehrandakı səfirliyində baş vermiş hadisədən sonra siyasi gərginliyin stabilləşməsi və tələskən qərarların verilməməsini istəyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani deyib: Səfirlikdə baş verən hadisədən sonra biz rəsmi Bakıya təfsilatı ilə lazımi izahatları çatdırdıq. Əlbəttə bu təssüfləndirici bir hadisədir.
N.Kənani əlavə edib: Şəxsi zəmində baş vermiş bu acı hadisədən sonra əlaqədar nazirlərin telefo söhbəti Azərbaycan rəsmilərini qane etmədiyi üçün Tehrandakı nümayəndəliyi asılı vəziyyətə salmaq barədə qərar qəbul etdilər. Amma İran digər ölkələrlə əməkdaşlıqda ikitərəfli və qarşılıqlı münasibətdə tarazlığa riayət siyasətini güdür. Həmçinin İran bu hadisədən sonra anlaşılmazlıqların aradan qaldırılmasını və əməkdaşlıqların davamını istəyir.