İran-Ərəbistan diplomatik əlaqələr bərpa edilir

İran İslam Respublikası xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrinin yenidən bərpa olunacağından xəbər verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, H.Əmir Abdullahian twetter hesabında bu xəbəri verərək deyib: İran-Ərəbistan əlaqələrinin normallaşması iki qonşu ölkəni birləşdirməklə bərabər islam dünyası və regio üçün də yüksək potensiallar yaradır.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin Çin səfərində rəsmi Pekin İranın Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrinin yenidən bərpası istiqamətində vasitəçilik edə biləcəyini təklif edib. Bu məsələ bəzi ekstremist və işğalçı ölkələrin, o cümlədən qəsbkar sionist rejimi rəsmilərinin nigarançılığına səbəbə olub.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır