İqnatenko: Olimpiadada müsəlman ruhanilər olmalıdır!

QafqazTimes.com irp.news-a istinadən xəbər verir: Rusiya Din və Siyasət İnstitutunun prezidenti Anton İqnatenko Rusiya Dumasına müraciət edib. İqnatenko deyib ki, Çin Olimpiadasında müsəlman ruhaninin iştirak etməməsinə görə Duma məsuliyyət daşıyır. Bundan öncə müfti Damir Muxetdinov Rusiya olimpiya komandasını təkcə xristian din xadiminin müşayiət etməsinə etiraz bildirmişdi. Pekin olimpiadasında komandanı keşiş (protoierey) Andrey Alekseyev müşayiət edir. Muxetdinov olimpiya heyətində xristian din xadiminin olması, müsəlman din xadiminin olmamasını ikili standart adlandırmış, vicdan azadlığına sayğısızlıq kimi dəyərləndirmişdi. İqnatenko müftiyə sual da ünvanlayıb ki, siz bu vaxta qədər olimpiadada iştirak etmək üçün nə iş görmüsünüz?

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

Bu il həcc…