iPhone 14 – cərrahiyyə poladı?

QafqazTimez.com mobilenotes-ə xəbər verir: Yeni iPhone modeli payızda istehsal edilməlidir. Taiwan Economic Daily xəbər verir ki, hazırda prob-test nüsxələrinin istehsalı gedir. Luxshare Precision hələ ki yeni sifariş almadığını bildirib. Bu il kompaniyanın ikinci istehsalçı olacağı gözlənilir. Hələ ki əsas istehsalçı Foxconn kompaniyasıdır.

Hansı versiyalar nəzərdə tutulur:

6.1’’ – iPhone (baza versiyası);

6.7’’ – iPhone Max;

6.1’’ – iPhone Pro;

6.7’’ – iPhone Pro Max.

iPhone 13 öz fanatlarını sevindirə bilmədi – əvvəlki versiyalardan bir o qədər də fərqlənmirdi.  iPhone 14-ün sürpriz olacağı deyilir. Əvvəla ekranın yuxarı hissəsindəki “qaş”-yarıqdan imtina edilir – əksər həvəskarlar bu yarıqdan narazı idi. Frontal kamera gözlüyü sensor blokundan sağda yox, solda yerləşəcək. Baza modelinin korpusu  aviasiya alüminiumundandır. Pro versiyası cərrahiyyə poladından hazırlanır.

Related posts

Franklin: Yəhudilər…

Yəhudilər…

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq