İordaniya İsrail səfirini çağırıb

QafqazTimes xəbər verir ki, İordaniyanın xarici işlər naziri Əymən əs-Səfədi bazar ertəsi İordaniya parlamentinin iclasında bildirib ki, İordaniya İsrailin İslam və Xristian dinlərinin müqəddəs məkanlarının hüquqi və tarixi statusunu dəyişdirməyə yönəlmiş qanunsuz hərəkətlərinin qarşısını almaq üçün səylərini davam etdirir.

O, bildirib ki, biz İsrail səfirini çağırdıq, amma o, Ammanda deyildi. Tezliklə İsrail səfirini çağırıb işğal olunmuş ərazilərdə baş verənlərə görə etirazımızı təqdim edəcəyik.

İordaniyanın Amun internet saytının məlumatına görə, Əs-Səfadi həmçinin bildirib ki, İordaniya sionist rejimin məscidə təcavüzü ilə mübarizədə əvvəlki səylərini artırıb və cümə axşamı günü Qüdsün müqəddəs hərəmində Ərəb Liqasının komitəsi yaradılacaqdır.

Əl-Səfadi həmçinin vurğulayıb ki, müqəddəs Qüds hərəminin zaman və məkan baxımından bölünməsi heç vaxt mümkün deyil və Məscidül-Əqsa müsəlmanların ibadət yeridir.

Qeyd edək ki, sionistlərin Məscidül-Əqsa və fələstinlilərə qarşı təcavüzü mübarək Ramazan ayında daha da güclənib. Belə ki, cümə günü Məscidül-Əqsa sionist ordusunun vəhşicəsinə hücumunun şahidi olub.

Related posts

Yəhudilər qaçır!

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir

Qəzza…