İordan çayının qərb sahilində kütləvi etirazlar

QafqazTimes xəbər verir ki, Nablus və Ramallahda yaşayan fələstinlilər işğalçı rejimin Fələstin xalqına qarşı yeni cinayətini və 6 fələstinlinin şəhid olmasına etiraz olaraq, İordan çayının qərb sahilindəki əyalətlərdə ümummilli tətilə başlayıblar.

Bazar ertəsi gecəsi sionist qüvvələrin İordan çayının qərb sahilinin Nablus şəhəri və Ramallah kəndlərindən birinə hücumu nəticəsində 6 fələstinli şəhid olub, 20 nəfər isə yaralanıb.

İordan çayının qərb sahilində yaşayan fələstinlilər isə fələstinli qrupların dəvəti ilə İordan çayının qərb sahilinin şəhər, qəsəbə, kənd və düşərgələrinin küçələrində yürüş keçirərək sionistlərin bu cinayətini pisləyiblər.

Bu yürüşdə iştirak edənlər beynəlxalq ictimaiyyətin işğalçı rejimin davamlı cinayətlərinə qarşı susmasını pisləyib və fələstinlilərə beynəlxalq dəstək tələb ediblər.

Əl-Qüds Əl-Ərəbi qəzetinin məlumatına görə, Cenin, Hebron, Betləhem və Ramallahda fəallar və xalq müqavimət komitələri və fələstinli qruplar kütləvi nümayişlərə çağırış ediblər.

Digər tərəfdən, Fələstin Muxtariyyətinin rəsmi sözçüsü Nəbil Abu Rədinə sionist rejimin baş naziri Yair Lapidin açıqlamalarına reaksiya verib. Lapid deyib ki, “Mahmud Abbas öz təşkilatının sabitliyini istəyirsə, meydandakı vəziyyəti nəzarətə götürməlidir.”

Abu Rədinə aydınlaşdırıb ki, vəziyyətin qeyri-sabit olmasının səbəbi istər işğalçı qüvvələr, istərsə də ekstremist mühacirlər tərəfindən sionist hücumlarının davam etməsidir.

O, əlavə edib ki, qətllərin davam etməsi, Qüds və Hebronun müqəddəs məkanlarına dəfələrlə hücumlar, işğalçı rejim hakimiyyətinin birtərəfli hərəkətləri Fələstində vəziyyətin böhran həddinə çatmasına səbəb olub.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

1 şərh

majorsite Fevral 25, 2023 - 6:47 səhər

I saw your article well. You seem to enjoy majorsite for some reason. We can help you enjoy more fun. Welcome anytime 🙂

Add Comment