İordan çayının qərb sahilində bir gənc fələstinli şəhid edildi

Qafqaztimes xəbər verir ki, çərşənbə axşamı gənc fələstinli Səddam Hüseyn Bəni Oudə İordan çayının qərb sahilinin şimal hissəsində, Tubas toqquşmalarında şəhid olub.

Fələstin Səhiyyə Nazirliyi sionist hərbçilərin gəncə atdığı güllənin onun sol çiynini və ürəyini yararaq ağciyərinə batdığını açıqlayıb.

Arab 48-in məlumatına görə, İsrail qüvvələri bu gün İordan çayının qərb sahilinin müxtəlif ərazilərinə basqın edərək axtarışlar aparıb və daha bir neçə fələstinlini həbs ediblər.

Digər tərəfdən, dünən sionist mühacirlər tərəfindən İordan çayının qərb sahilinin Nablus şəhərində fələstinlilərin fermalarına hücum nəticəsində 3 fələstinli yaralanıb.

Fələstin KİV-lərinin məlumatına görə, Nablusun şimalındakı Bərqa kəndi yaxınlığında mühacirlər fələstinlilərə hücum edərək onlara daş atıblar.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO