İordan çayının qərb sahilində bir fələstinli şəhid olub

QafqazTimes xəbər verir ki, bazar ertəsi səhər xəbər mənbələri işğal olunmuş Qüdsdə sionist rejimin işğalçı qüvvələri ilə fələstinli gənclər arasında qarşıdurmanın başladığını elan ediblər. Bu münaqişənin səbəbi sionist hərbçilərin işğal olunmuş Qüdsdə iki yaşayış evini dağıtmaq istəməsi olub.

Əl-Cəzirə xəbər kanalının məlumatına görə, işğalçı qüvvələr işğal altındakı Qüdsün Cəbəl əl-Mukəbbir qəsəbəsində iki evin icazəsiz tikildiyini iddia edirlər. Bu, sionist rejimin işğal olunmuş Qüdsdə insanların evlərini dağıtmaq üçün daimi bəhanəsidir.

Sionist əsgərlər bu iki yaşayış evinin dağıdılmasına etiraz edən xalqı geri oturtmaq üçün gözyaşardıcı qaz, plastik güllələr və səs güllələrindən istifadə ediblər. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qüdsdəki bu qarşıdurmada on nəfər yaralanıb.

Fələstinin “Sama News” xəbər saytının məlumatına görə, bu hadisə ilə eyni vaxtda sionist işğalçıları Qəzza zolağında bəzi məntəqələrə hücum edib və həmçinin İordan çayının qərb sahilinin şimalında həyata keçirilən hücumlarda Nablus şəhərində bir fələstinli gənc şəhid olub.

Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, Əmir Bəstami bu gün səhər saatlarında İsrail qüvvələrinin hücumu zamanı yaralanan və aldığı xəsarətlərin şiddətindən dünyasını dəyişən gənc fələstinlidir. Bu hücum zamanı 7 nəfər yaralanıb. Bu gün Nablus şəhərinə daxil olan İsrail qüvvələri Süfyan küçəsindəki yaşayış binasını mühasirəyə alaraq atəş açmağa başlayıb. İki fələstinli gənc isə işğalçı qüvvələr tərəfindən həbs edilib.

Bu gənc fələstinlinin qətli ilə bu ilin əvvəlindən bəri fələstinli şəhidlərin sayı 48-ə çatıb, onlardan 4-ü mühacirlər tərəfindən güllələnib, onların 10-u isə qadın və uşaqdır.

Related posts

Sionist rejim ABŞ-ın yeni hərbi yardımından narahatdır

Əbu Übeydə: Biz düşmənlə çox uzun sürən müharibəyə belə hazırıq

İsraillə dostluq baha başa gəlir

1 şərh

3ds max examples Fevral 14, 2023 - 10:08 səhər

FREE FILMORA 11 CRACK | LIFETIME FULL VERSION | INSTALL FILMORA | 2023 https://www.youtube.com/watch?v=fuMi_mZRQhM

Add Comment