İngiltərədə yanacaq böhranı və xaos davam edir

Qafqaztimes xəbər verir ki, İngiltərə hökuməti yanacaq çatışmazlığı böhranının həllinə dair vədinə və ordunun yanacaq doldurma işinə müdaxiləsinə baxmayaraq, bir çox yanacaqdoldurma məntəqələri hələ də boş və bağlıdır.

Reuters agentliyi cümə günü İngiltərə barədə məlumatında yazıb: “Həyacan dolu bir həftədən sonra, yanacaqdoldurma məntəqələrində sürücülərin qarşıdurması və tanker sürücülərinin ciddi çatışmazlığı səbəbindən su şüşələrində yığılmış yanacaq bu böhranı daha da şiddətləndirib. İngiltərədəki bir çox benzin stansiyaları cümə günü də boş olaraq qalır.”

İngiltərənin Avropa Birliyindən çıxmasının və koronavirus epidemiyasının bir yan təsiri olaraq nəqliyyat zəncirindəki işçi çatışmazlığı dünyanın beşinci ən böyük iqtisadiyyatının bəzi hissələrini sıradan çıxarıb, yanacaq və dərman tədarükünü problemlə üzləşdirib və hətta kütləvi qırğın qorxularını artırıb.

İngilis nazirlər, son günlərdə böhranın azaldığını və hətta bitdiyini söylədiklərinə baxmayaraq, yanacaq satıcıları 2000-dən çox yanacaqdoldurma məntəqəsinin boş olduğunu və Reuters -in London və İngiltərənin cənubundakı müxbirlərinin onlarla yanacaqdoldurma məntəqələrinin hələ də bağlı olduğunu bildirmişlər.

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur