İngiltərədə karantin yerlərində qadınlara qarşı cinsi istismar

Qafqaztimes xəbər verir ki, İngiltərənin Kölgə Daxili İşlər Naziri Nik Tomas Simonds, otellərdə karantin zamanı təhlükəsizlik agentləri tərəfindən insanların cinsi təcavüzə məruz qalması ilə əlaqədar iddialarına baxılmasını tələb edib.

Bu açıqlamalar BBC-nin bir şirkətdə telekomutasiya fəaliyyəti göstərən dörd qadının koronavirusla əlaqədar bir oteldə karantində olarkən təhlükəsizlik işçiləri tərəfindən təcavüzə məruz qaldığını bildirməsindən sonra verilmişdir. Bu nazirə görə, bu ittihamlar son dərəcə narahatedicidir və heç kim vəhşət və cinsi təcavüzlə üzləşməməlidir. Hökumət bu məsələni dərhal həll etməli və bir daha təkrarlanmaması ilə bağlı əminlik hasil etməlidir.

Qadınların dediyinə görə, mühafizəçilər bu otellər üçün dövlət tərəfindən işə götürülüblər, ancaq onlar xəlvət yerlərdə, liftlərin içərisində fürsət tapdıqda qadınlara qarşı əxlaqsız hərəkətlər edir və onları qucaqlayaraq selfi çəkdirmək istəyirlər.

Related posts

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı

Suriyada son hadisələr: Kürdlərlə (QSD) Culaninin rəhbərlik etidiyi silahlı qüvvələrin atışmasında iki nəfər öldürüldü – ətraflı