İngiltərədə hakim futbolçunu dirsəklə vurdu (Video izlə)

İngiltərə Premyer Liqasının XXX turunda keçirilmiş “Liverpul” – “Arsenal” matçında insident yaşanıb.

Qarşılaşmanın ilk yarısının sonunda oyunun yan xətt hakimi Konstantin Hatsidakis meydan sahiblərinin futbolçusu Endrü Robertsonun boğazına dirsəklə vurub. Bununla bağlı foto və videolar sosial şəbəkələrdə yayılıb.

Qarşılaşmadan sonra “Liverpul”un baş məşqçisi Yurgen Klopp insidentə geniş şərh verməyib:

“Bilirəm ki, belə bir şey olub, amma epizodu görməmişəm. Əgər belə olubsa, şəkillər öz sözünü deyəcək”.

İngiltərə futbolunda hakimliklə məşğul olan “Professional Game Match Officials Limited” hadisənin araşdırıldığını açıqlayıb.

Xatırladaq ki, sözügedən matçda qalib müəyyənləşməyib – 2:2.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi