Avtomobil nömrəsi 15 milyon dollara satıldı – FOTO

“Telegram” messencerinin yaradıcısı Pavel Durov dəyəri 15 milyon dollar olan avtomobil nömrəsi uğrunda mübarizədə uduzub.

Məlumata görə, aprelin 8-də Dubayda yerli Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə xeyriyyə hərracı keçirilib. Hərraca yalnız bir rəqəmdən (7) ibarət avtomobil nömrəsi çıxarılıb.

Lotun başlanğıc qiyməti 15 milyon dirhəm ( təxminən 4 milyon dollar) olub. Durov avtomobil nömrəsi üçün 35 milyon dirhəm (təxminən 9.5 milyon dollar) təklif edib. Ancaq bir neçə dəqiqədən sonra onun təklifi daha yüksək məbləğlə qüvvədən düşüb. Alıcı anonim qalmaq istəyib.

Dünyanın ən bahalı avtomobil nömrəsi yekunda 55 milyon dirhəmə (təxminən 15 milyon dollara) satılıb.

Satışdan əldə olunan gəlirin bir hissəsi şəhər infrastrukturunun inkişafına, digər hissəsi isə bütün dünyada ehtiyacı olan insanlara ərzaq göndərən bir fonda yönəldiləcək.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO

2 şərhlər

Crypto casino Aprel 11, 2023 - 7:34 axşam

Your bonus from http://gg.gg/13oh3i connect your wallet and enter promo code (3gSwd234) and get 0.5 eth + 300 free spins, Withdrawal without

נערות ליווי Aprel 11, 2023 - 9:33 axşam

I was very pleased to uncover this great site. I need to to thank you for ones time for this fantastic read!! I definitely appreciated every bit of it and I have you bookmarked to look at new information on your blog.

Add Comment