İngiltərə mediaları yazır: London Ukraynaya silah göndərilməsinin praktiki olmadığı qənaətinə gəlib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Almaniya, Fransa və Amerikadan sonra İngiltərə də Ukraynaya silah göndərmə məsələsində geri çəkilməyə üstünlük verib.
İngiltərə baş nazirinin nümayəndəsinə istinadən verilən bu məlumata görə artıq Ukraynaya Rusiya ilə müharibədə qırıcı təyyarə göndərməyəcək və Kiyevə yardım məqsədi ilə danışıqlara davam edəcək.
Ukraynanın son zamanlar daha artıq silaha ehtiyacı olduğu bir halda Almaniya, Amerika və Fransa silah tədarükünü Kiyevə verməyəcəyini elan etmişdi.
Xatırladaq ki, Ukrayna hələ də Rusiyanın 31 il əvvəl istehsal etdiyi qədim hava təchizatı ilə müharibə aparır.