İngiltərə mətbuatı: “Rusiya döyüş delfinlərdən istifadə edir” – FOTO

Rusiya Sevastopolun müdafiəsini altı müdafiə eşelonu və döyüş delfinləri ilə gücləndirib.

Bu barədə Britaniya donanmasının rəsmi qəzeti olan “NavalNews” məlumat yayıb.

Qəzet müəlliflərinin fikrincə, hazırda Sevastopol buxtasının girişi ən azı altı müxtəlif fiziki baryer zolağı ilə qorunur.

“Bundan əlavə Sevastopol buxtasında patrul katerləri, helikopterlər, döyüş delfinləri, dalğıclar yerləşdiriliblər və atəş nöqtələri təyin olunub”, – deyə nəşr qeyd edib.

Kəşfiyyat mənbələrindən alınan məlumata görə, aprelin 3-dən 9-na kimi orada ponton barjalarının yerləşdirilməsinə başlanılıb.

Related posts

Ben Laden ailəsinin ABŞ-dakı malikanəsinin taleyi məlum oldu

Yerin maqnit sahəsinin ən qədim izləri aşkarlanıb – FOTO

Lukaşenko nüvə başlığını qucaqladığını bildirdi – VİDEO