İngiltərə Bin Slamanı Londona dəvət etdi

İngiltərə mediaları rəsmi Londonun Səudiyyə Ərəbistanı vəliəhdini İngiltərəyə dəvət etməsindən xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, Londonun bu dəvətindən sonra Bin Salman qəbul etdib-etməməsi barədə heç bir reaksiya verməyib. Amma bununla belə, səfərin noyabr ayında olduğu proqnozlaşdırılır.

 Finansial Times qəzeti yazır: Britaniya dövləti Səudiyyə Ərəbistanı ilə əlaqələrini dərinləşdirmək və Fars Körfəzi ölkəsi olan Ərəbistandan kapital qoyluşu umduğu üçün münasibətlərində əminlik yaratmaq niyyətindədir.

Məlumatda həmçinin deyilir: İngiltərə rəsmiləri Ərəbistanın cavabını gözləyir və son qərar Bin Salmandan asılıdır.

Qeyd edək ki, Bin Salman son dəfə 2018-ci ilin martında İngiltərə baş naziri və kraliçası Elizabetin dəvəti ilə Londona səfər edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib