İngiltərə, Avstraliya və Kanada sionist şəhərciklərinin salınmasını tənqid etdi

İngiltərə, Kanada və Avstraliyanın xarici işlər nazirləri İsrailin İordan çayının qərb sahilində qəsəbəsalma layihəsini tənqid ediblər.

Əl Aləm telekanalının məlumatına əsasən, bu 3 ölkənin XİN-ləri sionist rejim nazirlər kabinetindən bu layihənin dayandırılmasını və ümumilikdə ləğv edilməsini tələb ediblər.

Xarici işlər nazirləri bu layihənin icrasından dərin nigarançılıqlarını elan ediblər.

 Qeyd edək ki, işğalçı sionist rejiminin qəsəbə salma siyasəti neçə on illikdir ki, davam edir və minlərlə yəhudini işğal olunmuş ərazilərdə məskunlaşdıraraq Fələstin məsələsinin həllini qeyri-mümkün həddinə çatdırıb.

ABŞ dövləti isə pərdəarxası dəstəkləri ilə sionist rejimə yol göstərsə də zahirdə bu barədə xəbərdalıq etdiyini ictimaiyyətə çatdırır.

Yüz minlərlə israilli 1967-ci ildən bu günə kimi işğal olunmuş Fələstin və İordaniya çayının qərb sahilində yeni salınmış qəsəbələrdə məskunlaşaraq bu torpaqların qədim yerli əhalisi kimi qələmə verilir.

Related posts

Belçika və Fransa Haaqa Məhkəməsinin qərarına dəstək verdi

İraq İslami Müqavimət qrupları bir daha FƏləstin xalqına dəstək duracaqlarını sübut etdi

Vaşinqton Rəfəh keçidi barədə Tel Əvivə təklif etdi