İngilislər: Biz kral istəmirik!

Üçüncü Çarlz Liverpola tamaşa edərkən İngiltərə xalqının etirazları ilə üzləşib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İngiltərənin qanuni kralı olan, amma hələ başına tac qoyulmamış kralı Üçüncü Çarlz xalqın “Mənim kralın deyilsən” və “Fəqirlərə yemək verin” etiraz şüarlarını eşitmək məcburiyyətində qalıb.

Üçüncü Çarlz belə etiraz şüarlarını ilk dəfə deyil ki, eşidir. Əvvəllər də “Mənim kralım deyil” adlı etiraz aksiyalarında bu qəbildən olan şüarları verən xalq hakimiyyətə olan narazılıqlarını elan etmişdilər.

Qeyd edək ki, martın 19-da Londondakı Westminster Abbey Kilsəsində “Birlik Günü” münasibəti ilə mərasimdə İngiltərə kralı III Çarlzın da qatıldığı mərasim əvvəlində kilsənin qarşısına toplaşan nümayişçilər monarxiyanın ləğvini tələbi ilə aksiya keçirmişdi.

Monarxiya əleyhinə “Respublika” təşviqat qrupunun təşkil etdiyi nümayişdə iştirak edənlər əllərində “Kral ailəsi irqçidir”, “Kral ailəsinə son”, “Kral ailəsini qov” yazılmış plakatlar qaldırıb və “Mənim kralım deyil” şüarları səsləndirmişdilər.

Etirazda iştirak edən “Respublika” qrupunun prezidenti Qraham Smit verdiyi müsahibədə biz hamımızın vətəndaş olduğumuz və heç kimin qanundan üstün olmadığı müasir, azad və ədalətli bir demokratiya kimi təmsil olunmalıyıq demişdi.

Related posts

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir