İngilis etirazçılar enerji qəbzlərini yandırdılar + Video

QafqazTimes xəbər verir ki, şənbə günü (1 oktyabr) Londonda və Britaniyanın digər şəhərlərində minlərlə insan yaşayış xərclərinin artmasına etiraz olaraq, enerji qəbzlərini yandırıb.

“Russia Today” kanalının məlumatına görə, insanlar əllərində “Biz yaşayış xərclərini ödəyə bilmirik” yazılmış plakatlarla hakim partiyaya qarşı şüarlar səsləndirərək etiraz ediblər.

Etirazları təşkil edən “Ödəmə, Britaniya!” adlı kampaniya bir milyon insanı öz enerji borclarını ödəməməyə inandırmaqla hökumətə enerji ödənişlərini endirmək üçün təzyiq etmək istədiyini bildirib. Kampaniyanın sözçüsü dedi: “Milyonlarla insan bunu ödəyə bilməyəcək və havalar soyuyanda donacağıq.”

Qeyd edək ki, bu etirazlar Böyük Britaniyada enerji qiymətlərində limit həddinin tətbiqi ilə üst-üstə düşüb. Bu limitə əsasən mülki şəxslər üçün orta enerji dəyəri 2,201-dən 2,792 dollara qədər yüksələ bilər.

İngiltərə Baş Naziri Liz Trass, bu artımı dəstəkləyərək iddia edib: “Məişət və biznes risk altında idi. Hökumətin enerji layihəsi qaz və elektrik üçün ödənilən qiyməti məhdudlaşdırır, insanları artan xərclərdən qoruyur və inflyasiyanın qarşısını alacağı gözlənilir.”

Bundan əvvəl media Britaniyanın yeni hökumətinin qarşıdakı aylarda iqtisadi problemlərin qarşısında aciz qalacağı barədə yazmışdı. “NBC” xəbər telekanalının internet saytı çərşənbə günü bu kontekstdə yazıb ki, İngiltərə artıq çətinliklər siyahısı ilə üzləşib, lakin Trassın təklif etdiyi həll yolu ölkə iqtisadiyyatını xaosa sürükləyir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya