Fox News: Amerika yavaş-yavaş III Dünya Müharibəsinə doğru irəliləyir

QafqazTimes xəbər verir ki, Fox News telekanalının tanınmış aparıcısı Dan Boncino bir proqramda Amerikanın III Dünya Müharibəsinə sürüklənməsi ehtimalı barədə xəbərdarlıq edib.

Əvvəllər Nyu-York polisi kimi fəaliyyət göstərmiş bu müəllif və siyasi şərhçi bu xüsusi proqramda Rusiyada “Nord Stream” qaz kəmərində yaradılmış təxribatdan bəhs edərkən xəbərdarlıq edib ki, ABŞ yavaş-yavaş III Dünya Müharibəsinə doğru gedir.

O, televiziya proqramının əvvəlində Amerikada Respublikaçılar partiyasının tərəfdarları arasında məşhur olan bu medianın auditoriyasına müraciət edərək deyib: “Mən heç kimi qorxutmaq fikrində deyiləm, bu mənim işim deyil. Baxın, mənim kliklərə və bütün bu cəfəngiyyatlara ehtiyacım yoxdur. Amma vəziyyət həqiqətən ciddidir və biz hazırda həqiqətən təhlükəli vəziyyətdəyik.”

O, sözlərinə belə davam edib: “Rusiyadan Almaniyaya qaz nəql edən mühüm “Nord Stream” boru kəmərində edilən terror həqiqətən də mühüm bir hərəkət və dünya müharibəsinə səbəb ola biləcək bir hadisədir. Mən narahatam ki, Birləşmiş Ştatlar yavaş-yavaş 3-cü Dünya Müharibəsinə doğru gedir və Ağ Evdəki bu cənabın (Co Baydeni nəzərdə tutur) başı… qarışıqdır. Cümləmin qalan hissəsini bu kanalda demək istəsəm (Fox News) məni işdən çıxaracaqlar.”

Dan Boncino bu proqramın davamında deyib: Yaxşı, bunu kim etdi (Nord Stream boru kəmərindəki terror)? Boru kəmərini və ya onun bir hissəsini kim partladıb? Bu çox milyon dollarlıq sualdır. Biz Ukraynaya milyardlarla dollarlıq maliyyə yardımı və hərbi silahlar ayırdıqdan sonra, Putin əlbəttə ki, ABŞ-ı boru kəmərində təxribat törətməkdə günahlandırdı və “Nord Stream” boru kəməri onlar üçün strateji bir kəmərdir. Bəs ABŞ Dövlət Departamentini onlardan ABŞ-ın boru kəmərinin təxribatında iştirakı barədə sual niyə əsəbiləşdirir ?…”

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Qətər nümayəndə heyəti Qəzzədə atəşkəs razılaşmasının davamı üçün Qahirəyə gedib

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik