İndoneziyada məscid yandı- Qübbə çökdü (Video izlə)

İndoneziyanın paytaxtı Cakartadakı İslam Mərkəzi məscidində yanğın baş verib. Nəticədə qübbə çöküb. 

Yanğın şəhərin bir çox yerindən görünüb və insanlar arasında təşvişə səbəb olub.

Hadisədə xəsarət alan və ya can itkisi olmayıb. İlkin araşdırmalara görə, qəza ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb. Məscidin təmirinə cavabdeh olan podratçı şirkətdən 4 nəfər şübhəli şəxs qismində saxlanılaraq dindirilib.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO