İmplant qoyulan şəxs düşüncə gücü ilə şahmat oynadı – VİDEO

Məşhur iş adamı, sahibkar İlon Maskın “Neuralink” neyrotexnologiya şirkətinin beyninə implant yerləşdirdiyi ilk xəstə düşüncə gücündən istifadə edərək şahmat oynayıb.

Bununla bağlı videogörüntülər şirkətin “X” hesabında canlı yayımlanıb.

29 yaşlı Nolan Arbo öz həyat hekayəsini danışıb və təxminən səkkiz il əvvəl baş vermiş bədbəxt hadisə nəticəsində iflic olduğunu, çiyinlərindən aşağı hissiyyatını itirdiyini bildirib. İndi isə implant sayəsində o, öz notbukunun ekranında düşüncə gücü ilə şahmat taxtasında kursoru hərəkət etdirə və fiqurların yerini dəyişə bilir.

“Bu, hələ tam mükəmməl olmasa da, artıq həyatımı yaxşılaşdırıb”, – deyə o qeyd edib.

Xatırladaq ki, “Neuralink” yanvarın 28-də insan beyninə implant quraşdırılması üzrə ilk əməliyyat keçirib.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO

2 şərhlər

카지노솔루션 Mart 22, 2024 - 5:39 səhər

We provide the best sports casino software. Please visit our website솔루션분양

Anonim Mart 22, 2024 - 4:20 axşam

Слоты и онлайн-игры в казино способны разнообразить жизнь человека. Важно только правильно выбрать площадку — она должна быстро и честно выплачивать выигрыши, надежно хранить персональные данные клиентов, предлагать большой ассортимент развлечений и интересную бонусную программу. Важную роль играют также наличие адаптированной мобильной версии и приложений. https://enic-kazakhstan.kz/

Add Comment