İmam Xameneinin təlxək adlandırdığı ABŞ siyasətçisi kimdir?

QafqazTimes xəbər verir ki, İslam İnqilabının Ali Rəhbəri hökümət rəsmiləri ilə görüşündə deyib: “Bu yaxınlarda bir amerikalı təlxək Milad bayramını Tehranda qeyd edəcəyini söylədi. Bu sözlər var, deyirlər, amma reallıqla onların istədikləri arasında çox fasilə vardır.”

İmam Xamenei amerikalı təlxək deyəndə kimi nəzərdə tutur?

Donald Tramp kabinetinin üzvü Con Bolton 2018-cı ilin iyul ayında terrorçu münafiq qruplaşmanın toplantısında demişdi: “İran xalqı öz inqilabının 40-cı ildönümünü qeyd etməyəcək, biz isə 2019-cu il Milad bayramını Tehranda qeyd edəcəyik!”

Lakin 2019-cu il fevralın 11-də bu şəxs İslam İnqilabının 40-cı ildönümünün qeyd edildiyi yürüşdə milyonlarla iranlının iştirakını izlədikdən sonra dərhal bir video hazırlayaraq, İran xalqının bu həmrəyliyinə qarşı qəzəb və nifrətini öz səhifəsində ifadə edərək demişdi: “Artıq iranlıların qeyd edəcək çoxlu bayramları qalmayıb!”

Tramp administrasiyasında ən anti-İran məmur

Bolton ABŞ-dakı anti-İran Kabinetin ən anti-İran üzvlərindən biri idi. Onun İran xalqı və höküməti ilə düşmənçiliyinin həddi-hüdudu yox idi. Bu 70 yaşlı Amerika siyasətçisinin İran əleyhinə mövqe tutmadığı bir gün və ya həftə yox idi. Boltonun sonuncu anti-İran mövqeyi sentyabrın 8-də vəzifəsindən kənarlaşdırılmasından bir gün əvvəl ortaya çıxdı və o, Twitter-də iddia etdi ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbərinin İrana səfəri İranın gizli nüvə materialı və ya fəaliyyəti ola biləcəyi ilə bağlıdır.

Related posts

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək

Etirazın təsiri…