İmam Xamenei mərhum Fateminiya üçün cənazə namazı qılıb

QafqazTimes xəbər verir ki, İslam İnqilabının ali rəhbəri Həzrət Ayətullah İmam Xamenei bazar ertəsi axşam mərhum Ayətullah Seyyid Abdullah Fateminiyanın cənazəsi üzərində Fatihə oxuyaraq mərhum alim üçün cənazə namazı qılıb. Cənazə namazında mərhum Ustad Fateminiyanın bir sıra yaxınları və qohumları da iştirak ediblər.

Qeyd edək ki, böyük tədqiqatçı alim, məşhur vaiz və İranın tanınmış əxlaq ustadlarından olan Ayətullah Seyid Abdullah Fateminiya uzun sürən xəstəlikdən sonra mayın 16-da fani dünyanı tərk edib.

İmam Xamenei bu böyük şəxsiyyətin vəfatı ilə bağlı verdiyi başsağlığı mesajında bu alim və xətibin geniş elmini, məftunedici bəyanını və şirin nitqini çox sayda gənclər və ilahi yolun yolçuları üçün lütf mənbəyi adlandırmış və Allah taaladan onun üçün uca məqam və rəhmət diləmişdir.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək