İmaməli Rəhman Seyyid İbrahim Rəisini prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik etdi

Qafqaztimes xəbər verir ki, Tacikistan Prezidenti İmaməli Rəhman, İranın yeni seçilmiş prezidenti Seyyid İbrahim Rəisini 13-cü prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“Sizə İran İslam Respublikasının prezident seçkilərindəki qələbəniz münasibətilə təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Tacikistan və İranı ayrılmaz mədəni, tarixi və sivilizasiyalı dəyərlər bağlayır.

Biz hər zaman ölkələrimiz arasında qarşılıqlı anlaşma, xeyirxahlıq və səmimi etimad prinsiplərinə əsaslanan dostluq münasibətlərini və faydalı əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək istəyirik.

Sizə möhkəm cansağlığı və İran İslam Respublikası prezidenti vəzifəsindəki məsul işinizdə uğurlar, dost İran xalqına sülh, sabitlik, rifah və firavanlıq diləyirəm. “

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı