İllərdir Mingəçevirdən kənara çıxmayan şəxs Şamaxıda “cərimələndi” – FOTO

Close up Security CCTV camera operating over the road

Mingəçevir sakininə guya Şamaxıda sürət həddini pozduğu üçün cərimə tətbiq olunub.

Şəhər sakini Əfəndiyev Rahib Həmzə oğlu bildirib ki, qayda pozuntusu ilə bağlı nömrəsinə göndərilən mesajın mahiyyəti ilə tanışlıq üçün Mingəçevir şəhər Dövlət Yol Polisi bölməsinə gedib. Orada sürücüyə bildirilib ki, cərimə guya “Toyota” markalı maşınla Şamaxıda radara düşdüyü üçün tətbiq olunub. 

“Onlara bildirdim ki, son bir neçə il ərzində Mingəçevirin ən yaxşı halda 20-30 kilometrliyində olan yaşayış məntəqlırində olmuşam. Şamaxıya isə, ümumiyyətlə, yolum düşməyib. Mənim “Toyota” markalı maşınım da yoxdur. Şəxsi avtomobilim “Mercedes” markalıdır və dövlət qeydiyyat nömrəsi də fərqlidir”, – deyə R.Əfəndiyev qeyd edib.

O, məsələ ilə bağlı 102 xidməti-zəng mərkəzinə məlumat verib.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO

1 şərh

דירות דיסקרטיות İyul 15, 2022 - 2:30 axşam

A motivating discussion is definitely worth comment. I believe that you ought to write more on this subject matter, it might not be a taboo matter but generally folks dont talk about these subjects. To the next! Best wishes!!

Add Comment