İlin şüarı: İstehsal; elm mehvərlik, yeni iş yerləri…

QafqazTimes.com Twitter səhifəsinə istinadən İnqilab Rəhbəri Ayətullah Xameneinin buyuruqlarını paylaşır:

Bu il Həzrət Bəqiyyətəllahın (ərvahuna fidahu) viladət günlərinə təsadüf edən Novruz bayramı, yeni ilin başlaması, yeni təbiət, yeni dövran münasibətilə böyük İran xalqını, bütün dost və qardaş xalqları təbrik edirəm.

Mən ötən bir neçə ildə “istehsal” sözünü ilin şüarında mehvər seçmişəm. Çünki istehsal ölkənin iqtisadi problemlərinin həllinin açarıdır, iqtisadi inkişafa səbəb olur, iş yerləri açılır, inflyasiya azalır, illik gəlir artır, ümumi rifah və milli özünəinam yüksəlir.

Bu il də istehsal sözünü yeni kontekstdə şüar seçirəm. Bu ilki şüarımız ibarət olur: “İstehsal; elm mehvərlik, yeni iş yerləri.”

1400-cü ilin şirin hadisələrindən biri amerikalıların etirafı oldu. Etiraf etdilər ki, İrana qarşı maksimum təzyiq siyasəti rüsvayçı fiaskoya uğradı. Dünyada İran xalqının imperializm qarşısında tutduğu yolun düzgünlüyünü sübut edən başqa müxtəlif hadisələr də baş verdi.


İlin ilk günü iqtisadiyyatdan söhbətimizin səbəbi öncə, iqtisadiyyatın əhəmiyyətinə görədir. Yəni gerçəkdən iqtisadiyyat ədalətli olsa, ölkə real inkişafa çatar. İkincisi, ötən on ildə qalaqlanmış iqtisadi problemlər yaşadıq və bu problemlər bir yolla həll edilməlidir.


Dünyada baş verənlərə baxanda İran xalqının imperialist cəbhə ilə mübarizədə haqlı olduğunu həmişəkindən aydın görürsünüz. Xalqımızın imperializm qarşısında seçimi təslim olmaq deyildi. Müqavimət və müstəqilliyi qorumaq! Ölkəni daxildən gücləndirmək! Bunlar milli qərarlar idi.


Qərb mətbuatında açıq təəssüf edirlər ki, bu dəfə müharibə (Orta və Yaxın) Şərqdə yox, Avropadadır. Yəni müharibə, qan axıdılması, qardaş qırğını Şərqdə olsaydı eybi yox idi!! Avropada olursa, bu pisdir!! Bu həddə açıq-aşkar irqçilik!

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya