İkitərəfli müzakirələrdə ingilis dili istifadə olunmayacaq

“WallStreet Journal” Pekində imzalanan Tehran-Riyaz sazişi və ona aid olan hər hansı bir sənədin ingilis dilində olmaması barədə də razılaşma imzalandığından xəbər verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Amerika jurnalı Çinin vasitəçiliyi ilə 7 ildir soyuqlaşan İran-Ərəbistan əlaqələrinin normallaşması prosesində bütün sənəd və danışıqların mandarin (Çin dili), ərəb və fars dillərində aparılmasından narahatlıqla xəbər verib.

“WallStreet Journal”ın yazdığına görə İran və Ərəbistan razılaşmasının əsası 20222-ci ilin dekabrında Fars Körfəzi ətrafı ölkələrinin ötən Riyaz iclasında qoyulub və Çinin vasitəçiliyi ilə Körfəz ətrafı 6 ölkənin əməkdaşlıq şurası tərəfindən müsbət rəylə həyata keçib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir