İki nəfərin ölümünə səbəb olan sürücü danışdı: “Yarım litr içmişdik” (Video izlə)

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtın Qaradağ rayonunda baş verən ağır yol qəzası ilə bağlı açıqlama verib.

BDYPİ-dən bildirilib ki, hadisə saat 10:15 radələrində Bakı dairəvi yolunun 13-cü kilometrliyində qeydə alınıb:

“Belə ki, Şəfiyev Səbuhi Akif oğlunun idarə etdiyi MAN markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaqdoldurma daşıyan yük avtomobili hərəktdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb. Bu zaman yük avtomobili bir nəqliyyat vasitəsinə zərər yetirib, digəri – “Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb. Yük maşını isə hadisə zamanı aşıb. Faktla bağlı araşdırma aparılır”.

İki nəfərin ölümünə səbəb olan sürücü baş verənləri danışıb. O, ifadəsində 4 nəfərə yarım litr araq içdiyini bildirib. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı ona iki nəfərin öldüyünü bildirərkən, sürücü “doğrudan iki nəfər”? – deyərək şoka düşüb.

Həmin videonu təqdim edirik:

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

İsraillə dostluq baha başa gəlir

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO