İki İsrail həbsxanasında Fələstinli əsirlərin məhdudiyyətsiz aclıq aksiyası

Qafqaztimes xəbər verir ki, 28 yaşlı fələstinli əsir Qəzənfər Əbu Ətəvan Hebronun cənubundakı Dora şəhərində ardıcıl 65 gündür ki, müvəqqəti və ya inzibati həbs adlanan məhkəmədənkənar həbsinə etiraz olaraq aclıq aksiyası keçirir.

Əl-Qüds qəzetinin yazdığına görə, Ofər və Əl-Nəqb həbsxanalarındakı fələstinli əsirlər də, Əbu Ətəvanla həmrəylik məqsədilə müddətsiz bir aclıq aksiyası etdiklərini elan ediblər.

Bu fələstinli əsirin vəkili Cavad Bules deyib: “Kablan xəstəxanasının tibbi hesabatı, Qəzənfər Əbu Ətəvanın ağır zəiflik, sinə və bel ağrıları, xüsusilə sağ tərəfdən və ağır qarın ağrılarından əziyyət çəkdiyini və ayaqlarını hərəkət etdirə bilmədiyini göstərir.”

Ümumilikdə İsrail həbsxanalarında 40 qadın, 250 uşaq və təxminən 520 inzibati məhbus (mühakimə olunmadan) daxil olmaqla 5300 fələstinli saxlanılır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur