İhud Barak: İsrailin nüvə silahı var

Sionist rejimin keçmiş baş naziri İsrailin nüvə silahının mövcudluğunu etiraf edib.

Təsnim İnformasiya agentliyinin məlumatına əsasən, İhud Barak tweeter hesabında bu məsələni etiraf edərək yazıb: Son zamanlar İsrail və Qərb ölkələri diplomatları arasında baş tutan müzakirələrdə bu ölkədə çevriliş nigarançılığı hiss olunur. Bu məsələ Orta Şərqin mərkəzində və nüvə silahına sahib İsraildə radikal diktatorluğun formalaşa biləcəyindən xəbər verir.

Mearyo qəzeti İhud Barakın bu mesajı barədə yazır: O, rəsmi surətdə uzun illər gizli saxlanılan və elan edilməmiş dövlət sirrini paylaşıb. Halbuki 2001-ci ildə nüvə silahının olması barədə çıxış edərkən o dövrün baş naziri Ariel Şaron onun cəzalandırılmasını vurğulamışdı.

Related posts

Sionist qəsəbə sakinləri Qəzzə humanitar yardım maşınlarının qarşısını alıb

Sionist rəsmi: İsrail 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı