İdmançı ata qarşı qəddarlığına görə diskvalifikasiya olundu – FOTO/VİDEO

Rusiya Atçılıq Federasiyası (RAF) Kseniya Kostıqovanı Yaroslavlda keçirilən yarışda ata amansızlığına görə diskvalifikasiya edib.

Bu barədə Rusiya atçılıq komandasının baş məşqçisi Vladimir Beletski məlumat verib.

Onun sözlərinə görə idmançı iki il yarışlara qatıla bilməyəcək.

“Yaroslavldakı yarışdan hər şeyi aydın göstərən videoya baxdım. İdmançının etdiyi hərəkət istər turnir zamanı, istərsə də ondan kənarda qətiyyən yolverilməzdir. Bu cür hərəkətlərə görə səhlənkar idmançıları və at sahiblərini cəzalandırmaqda davam edəcəyik, bizim idmanda heyvanın rifahı birinci yerdədir”, – deyə o bildirib.

“Heyvan itaət etmədikdə məqbul cəza standartları var, bu, qamçı və ya ovucla iki və ya üç yüngül vurmaqdan çox deyil. Bu hərəkətlər sadəcə atın siqnalı başa düşmədiyi zaman işarədir. Ötən yarışda baş verənləri isə döyməkdən başqa bir şey adlandırmaq olmaz. İdmançı əlləri ilə heyvanın başına və boynuna zərbələr endirib, bu, qətiyyən yolverilməzdir”, – deyə məşqçi əlavə edib.

O, qeyd edib ki, Kostıqova bundan əvvəl turnirlərin birində heyvanla kobud rəftarına görə cəza alıb.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO