İctimai fəalın məhkəməsi başlayır

İctimai fəal Elşən Abbasovun məhkəməsi başlayır.

Elşən Abbasovun məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsində saat 11:30-da keçiriləcək.

Martın 5-də Nərimanov rayon məhkəməsi Elşən Abbasov barəsində 4 ay həbs qərarı çıxarmışdı.

E. Abbasov 234.4.3 maddəsi ilə (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma — əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə) ittiham irəli sürülmüşdü. Onu tanıyan, yaxınları isə bütün bunları cəfəngiyyat adlandırır. Quran müəllimi olan Elşən Abbasovun həbsini onlar siyasi baxışları səbəbindən olduğunu düşünürlər.

Xatırladaq ki, ilk dəfə Elşən Sərdar oğlu Abbasov Müsəlman Birliyi Hərəkatının üzvüdür. O, 2012-ci ilin oktyabr ayının 5-də keçirilən “İkinci hicab aksiyası”nda saxlanılıb və 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun ikinci həbsi 2017-ci ilin oktyabr ayında yenidən həyata keçirilib. Bu dəfə o, cinayət məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə saxlanılaraq ittiham olunub. 2018-ci ilin iyununda Abbasova Bərdə rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay həbs cəzası verilib. Görünən budur ki, üçüncü dəfə ittiham ilk iki ittihamdan daha sərt olacaq.

Elşən Abbasov rayonda xeyriyyəçi və Quran müəllimi kimi tanınır.

Related posts

Bakıda sürücüdən inanılmaz manevr: Araşdırmalara başlanıldı – ANBAAN VİDEO

Sürətlə gəldi, üç avtomobili əzib ağaca çırpıldı – ANBAAN VİDEO

Azərbaycan nümayəndələri Britaniya kralına bahalı hədiyyələr verib – FOTO/VİDEO