İbrahim Rəisi: İran ordusunun qüdrəti dost və düşmən üçün mühüm mesajlara malikdir

QafqazTimes xəbər verir ki, İran İslam Respublikası prezidenti Ayətullah Seyid İbrahim Rəisi şənbə günü səhər Ordu Günü ilə bağlı anım mərasimində deyib: “İran İslam Respublikası Ordusunun yüksək hazırlığı İslam İnqilabı tərəfdarları və İslam düşmənləri üçün iki mühüm mesajı özündə ehtiva edir. Dostlar üçün ümid, düşmənlər üçün isə İran İslam Respublikasına yönəlmiş hər hansı bir addıma ciddi cavab mesajı vardır.”

O, düşmənin zərrə qədər hərəkətinin İranın silahlı qüvvələrinin iti gözlərindən gizli qalmayacağını bildirərək qeyd edib ki, regionun bəzi ölkələri ilə münasibətləri normallaşdırmağa çalışan sionist rejimi bilsin ki, onların ən kiçik addımı belə heç vaxt bu ölkənin təhlükəsizlik orqanlarının gözündən yayınmayacaqdır.

Rəisi sionist rejimin ölkəsinə qarşı hər hansı addımının İran İslam Respublikası Silahlı Qüvvələrinin qətiyyətli cavabına səbəb olacağını vurğulayaraq, bu rejim rəhbərlərinə xəbərdarlıq edib: “Bilin ki, İslam Respublikasının Silahlı Qüvvələrinin əzəməti və nəhəng qüdrəti sizi rahat qoymayacaqdır.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya