Hizbullah: Tam azadlığa qədər Fələstin xalqının yanındayıq

QafqazTimes xəbər verir ki, Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim bazar ertəsi Beyrutda keçirilən Fələstin Əsirləri gününün ildönümündə deyib: “Minlərlə fələstinlinin qırx ildən artıqdır əsirlikdə olduğu halda hardadır insanlıq və haradadır insan haqları təşkilatları? “

Şeyx Nəim Qasim bildirib: “Fələstinə dəstək şüarını səsləndirən hər kəs müqavimətə tərəfdaş olmalıdır.”

Hizbullah baş katibinin müavini qeyd edib ki, sazişə gedən ölkələr Fələstinin dərdləri qarşısında ən kiçik insani hislərə belə malik deyillər.

O, deyib: Bu ölkələr nəinki fələstinli əsirlərə əhəmiyyət vermir, hətta sionist rejimin cinayətlərini ört-basdır etməkdə onlarla şərikdirlər.

O, İsraillə saziş quran ərəb ölkələrinin nə müsəlman, nə də ərəb olduğunu vurğulayaraq qeyd edib: “Bu ölkələr Fələstini ən azı milliyət, din, hətta bəşəri nöqteyi-nəzərdən dəstəkləməli idilər. Sionistlərin bölgədəki əlaltılarının rüsvay olması yaxşı haldır.”

Şeyx Nəim Qasim həmçinin İmam Xomeynini Fələstinə kömək etmək üçün əməli nümunə adlandıraraq deyib: “İlk növbədə o, sionist rejimin İrandakı səfirliyini bağlayaraq Fələstinin səfirliyini açdı. Hizbullah da bu ölkənin torpaqları tam azad olana qədər Fələstin xalqı və müqavimətinin yanında olacaqdır.”

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək