İbrahim Rəisi dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi

QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi İslam ölkələrinin başçılarına ünvanladığı ayrı-ayrılıqda məktubda Qurban bayramının gəlişi münasibətilə təbrik edib.

Ayətullah Rəisi bu məktubunda ​​deyib: “Qurban bayramı ibadətin ən səmimi təzahürü, Allah dərgahında fədakarlıq və təslimiyyət rəmzi və həzrət İbrahimin (ə) ilahi imtahandan iftixarla çıxması günü, itaətinin qəbulu və onun möminlərə imam və örnək seçilməsi günüdür.”

İbrahim Rəisi həmçinin bildirib: “Ümidvaram ki, bu mübarək bayramın bərəkəti ilə möminlərin qəlbləri İslam maarifi və Həzrəti Muhəmməd Mustafanın (s.ə. a. s.) sünnəti sayəsində bir-birinə daha da yaxınlaşacaq və bütün dünya müsəlmanları vəhdət yoluna qədəm qoyacaqlar və bununla da beynəlxalq arenada müxtəlif sahələrdə İslam ümmətinin izzət və başucalığının şahidi olacağıq.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır