Human Rights Watch: İsrail rejimi apartayddır və ona sanksiya tətbiq edilməlidir

Qafqaztimes xəbər verir ki, 1978-ci ildən bəri insan haqları mövzusunda çalışan, beynəlxalq qeyri-hökumət təşkilatı olan “Human Rights Watch”, sionist rejimini “apartayd” adlandırmış və bu rejimin rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini istəmişdir.

Guardian və Reuters kimi Qərb KİV-ə görə, Human Rights Watch-un 213 səhifəlik hesabatı bu başlıqla dərc edilib: “İsrail rəsmiləri, apartayd cinayətləri və sitəmkarlıq.”

Human Rights Watch təşkilatının hesabatına görə, Roma statutunun müddəalarına əsasən, sionist rejiminin fəaliyyətləri qanuni olaraq apartayd cinayətinə şamil olunur.

Human Rights Watch qeyd edib ki, İsrailin fələstinlilərin həyatı üzərindəki apartayda yönələn hakimiyyəti ilə bağlı on illərdir davam edən xəbərdarlıqlardan sonra artıq bu rejim bu həddi keçib və mövcud vəziyyət apartayddır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya