Hizbullah: Regionda baş verən problemlərin əsas səbəbi Amerikadır

Livan Hizbullahının baş katibi regionda baş verən qlobal problemlərin əsas səbəbinin Amerika Birləşmiş Ştatlarının gizlin-aşkar yersiz müdaxilələri olduğunu deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Seyid Həsən Nəsrullah bu gün (3 avqust) Şeyx Əfif Əl Nablosinin anım mərasimindəki çıxışında regionun əsas problemlərinin məhz ABŞ tərəfindən yarandığını vurğulayaraq deyib: Bu müdaxilələrin qarşısında təslim siyasəti təhlükəsi yaşayırıq.

S.H.Nəsrullah həmçinin qeyd edib: Bu gün ABŞ-ın verdiyi vəddən 2 il keçir və indiyə qədər İordaniyadan Livana qaz idxalına qoyulan qadağa sayəsində elektrik problemləri yaşayırıq. Amma Hizbullah İran İslam Respublikasının köməyi sayəsində bu problemimiz həll olundu.

Seyid Həsən Nəsrullah sonda vurğulayıb: Biz böyük şeytan olan Amerikaya qəzəbimizi göstərəcəyik. İmperialist qüvvələrlə mübarizədə məzlum Livan xalqının iradəsinə arxalanırıq.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib