Hizbullah rəsmisi: Şəhidlər xəyanət gülləsinə tuş gəldilər

Qafqaztimes xəbər verir ki, Əl-Məyadin telekanalına görə, Livan Hizbullah hərəkatının icra şurasının rəhbəri Şeyx Haşim Səfiyuddin Beyrutda baş verən son hadisə şəhidlərinin dəfn mərasimində deyib: “Şəhidlər xəyanət gülləsinə tuş gəldilər. Ölüm və qətl bizi qorxutmur, şəhidlik bizim şərəfimizdir. Şəhidlərin yerə tökülən qanı bizi zəiflətmir, əksinə bizim həqiqətin yanında olduğumuzu göstərir. Şəhidlərin qanı hələ də fitnəkarlara, qatillərə və cinayətkarlara qarşı hayqırmaqdadır.”

O, həmçinin deyib: “Biz bu tökülən qan qarşısında susmayacaq, bu qanların haqqını qoruyacaq və bunun nəticəsini yaxın günlərdə göstərəcəyik.”

Səfiyuddin belə əlavə edib: “Dünən məhkəmə sisteminin siyasiləşməsinə və ədalətsizliyinə qarşı keçirilən nümayiş dinc şəraitdə keçdi və bu bizim təbii haqqımızdır. Bu nümayişdə hüquqşünasların və elm adamlarının iştirak etməsi nümayişin keyfiyyətindən xəbər verirdi. “Hizbullah” və “Əməl” hərəkatı heç kəsi dəvət etməmişdi (nümayişə çağırış olunmamışdı), əks halda nümayişdə iştirak edənlərin sayı bundan artıq olardı. Əgər bu nümayişi hədəfa almaq üçün qəsdən plan qurulmasaydı, bu nümayişlər normal axarı ilə davam edəcəkdi.”

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!